top
Muarem Muarem: “Qarabağ” “Lion”u məğlub edəcək” - MÜSAHİBƏ İdman.biz
28 noyabr 2024, 14:33
- ↺ +

Muarem Muarem: “Qarabağ” “Lion”u məğlub edəcək” - MÜSAHİBƏ

"Qarabağ"ın şimali makedoniyalı sabiq futbolçusu Muarem Muaremin İdman.biz-ə müsahibəsi

- 5 mövsüm "Qarabağ"ın formasını geyinmisiz. Sabiq klubunuzun matçlarını izləyirsiz?
- Bəli. "Qarabağ"ın həm Premyer Liqada, həm də avrokuboklardakı oyunlarına baxıram. Avropa Liqasına yaxşı başlamasalar da, 4-cü matçlarında qələbə qazandılar. Azərbaycan çempionatında performansları çox yaxşıdır. "Qarabağ" Avropada artıq təcrübəli komandadır. Ağdamlıların beynəlxalq arenalardakı oyunlarında tərəfdarıyam. Qarşıdakı - həm "Lion"la, həm də digər klublarla qarşılaşmalarda yaxşı nəticələr əldə edəcəyini düşünürəm.

- Sizcə, Qurban Qurbanovun komandamız bugünkü dueldə qalib gələ bilər?
- Fransızlara qarşı matçda qələbə qazanmaq mümkündür. Komanda uzun müddətdir ki, Avropa Liqasında oynayır. Təbii ki, bu Liqa mərhələsi fərqli sistemdə keçirilir. 1 komandaya qarşı sadəcə 1 oyun olur. Bu səbəbdən də diqqətli olmalıdırlar. Çünki revanş şansı yoxdur. Bu da komandaların görüşlərə fərqli hazırlanmasına səbəb olur. "Qarabağ"ın kifayət qədər keyfiyyətli oyunçuları var. "Lion"u məğlub edəcəklərini düşünürəm.

- Siz də "Qarabağ"da olarkən Avropa Liqasında Fransanın "Sent-Etyen" klubuna qarşı oynamışdız. O dönəmi necə xatırlayırsız?
- Bəli, "Qarabağ"da olduğum zaman Fransa klublarından yalnız "Sent-Etyen"lə qarşılaşmışdıq. Hətta ilk Avropa Liqası dönəmimiz idi. Evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə oldu. Rəqib meydanında çox yaxşı oynamışdıq. Həmin dönəm fransalılara qol vura bilməsəm də, "Dnepr"ə qarşı matçda fərqlənmişdim. "Sent-Etyen"lə görüş mən və komanda üçün yaxşı bir təcrübə oldu.

- "Qarabağ"ın pley-offa yüksəlmək şanslarını necə dəyərləndirirsiz?
- 3 məğlubiyyətdən sonra pley-offa yüksəlmək çətin olacaq. Amma Qurban Qurbanovun komandası sona qədər bunun üçün mübarizə aparacaq. Şanslarını artmaq üçün məğlubiyyətlərdən qaçmalıdırlar.

- 2018-ci ildə futbolçu karyeranızı bitirmisiz. Hazırda nə işlə məşğulsuz?
- Baş məşqçi kimi çalışırdım. Düzdür, hazırda işsizəm. Mövsümün əvvəlində Şimali Makedoniyada 1-ci Liqada "Qostivar"a rəhbərlik edirdim. Qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Davam etmək üçün bəzi istəmədiyimiz olaylar oldu. O səbəbdən istefa verdim. Hazırda komanda axtarışındayam.

- Azərbaycandan təklif olsa, qəbul edərsiz?
- Azərbaycan üçün darıxmışam. 5 il orada futbol oynamışam. Azərbaycanda çox tanışlarım var. Bakı üçün da darıxmışam. Azərbaycana qayıtmağı çox istəyirəm. İnanıram ki, təklif gələr və ölkənizdə yenidən işləmək şansım olar.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Futbol
Bu gün, 16:43

Kocaelispor, Eyüpspor qarşısında 2:0 qələbə qazanaraq cədvəldə beşinci yerə yüksəldi

Voleybol
Bu gün, 16:38

“Turan” qadın voleybol klubu Avropa Kubokunda ikinci mövsümündə yaxşı nəticələr əldə edib - Yelizaveta Rubanın açıqlaması

Futbol
Bu gün, 16:00

Leroy Sanenin karyerasını MLS-də davam etdirmək ehtimalı yüksəkdir

Futbol
Bu gün, 15:59

İtaliya media Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına çağırılmasına reaksiyalar göstərdi

Futbol
Bu gün, 15:56

Şəfa və Araz Naxçıvanın matçı 15 dəqiqə gec başlayacaq

Oxşar xəbərlər