top
Mourinyonun keçmiş köməkçisi: Azərbaycandan təklif alacağım təqdirdə, onları dəyərləndirməyə hazıram – MÜSAHİBƏ Idman.biz
22 may 2025, 15:14
- ↺ +

Mourinyonun keçmiş köməkçisi: "Azərbaycandan təklif alacağım təqdirdə, onları dəyərləndirməyə hazıram" – MÜSAHİBƏ

Məşqçilik karyerası ərzində Portuqaliyanın "Portu", İtaliyanın "İnter", İspaniyanın "Real Madrid", İngiltərənin "Çelsi" kimi məşhur komandalarında tanınmış mütəxəssis Joze Mourinyonun köməkçisi işləmiş, hazırda isə Türkiyənin "Bodrumspor" klubunun baş məşqçisi olan portuqaliyalı Joze Moraişin AZƏRTAC-a müsahibəsi

- Həmyerliniz Fernandu Santuş Azərbaycan millisinə rəhbərlik edir. Onun işini necə qiymətləndirirsiniz?

- Santuş çox təcrübəli mütəxəssisdir. O, Portuqaliya və Yunanıstan millisində işlədiyi dönəmdə güclü müdafiə qurma bacarığı və taktikası etibarlı olan intizamlı baş məşqçi kimi tanınır. Düzünü desək, Azərbaycan millisinin heyətində olan oyunçular yüksəksəviyyəli təcrübəyə malik deyillər. Santuşun da taktikası dərhal komandaya kömək edə bilməz. Bunun üçün müəyyən vaxt lazımdır.

- Sizcə, onun hansı taktikası bundan sonra komandaya kömək ola bilər?

- O, sürətli, reaktiv oyun tərzinə üstünlük verir. Bunun üçün yüksək konsentrasiya və intizamlı müdafiəçilər tələb olunur. Ola bilsin ki, Azərbaycan millisində bunu davamlı olaraq edə bilən müdafiəçi yoxdur.

- Bəs, bunları inkişaf etdirmək üçün nələr lazımdır?

- Azərbaycanlı futbolçularının çoxu Avropa klublarında oynamırlar. Oyunçular ölkə daxilində və ya aşağı səviyyəli xarici komandalarda çıxış edirlər. Təcrübə toplamaq üçün vaxt lazımdır. Ölkə xaricində oynamaq yığmaya böyük fayda verir.

- Fernandu Santuşun Azərbaycan millisinə fayda verəcəyinə inanırsınız?

- Komandaya yeni gələn futbolçu və ya məşqçi həmin an kollektivə uyğunlaşa bilməz. Bunun üçün müəyyən vaxt tələb olunur. Santuş yığmaya taktiki nizam-intizam kifayət qədər yaxşı aşılaya bilən mütəxəssisdir. O, Azərbaycan futbolunun imicini yüksəldə bilər. Sadəcə, buna zaman lazımdır.

- Yığma dünya çempionatının seçmə mərhələsində Fransa, Ukrayna və İslandiya ilə eyni qrupda yer alıb. Şansları necə qiymətləndirirsiniz?

- Azərbaycan millisinin qısa müddət ərzində Fransa və digər nəhəng komandalarla rəqabət aparması real görünmür. Əvəzində isə Ukrayna kimi aşağı reytinqli kollektivlərə qarşı oynayaraq, yaxşı təcrübə əldə edib, gələcək hədəflər qura bilərlər. İnanıram ki, Santuşun təcrübəsi komandanıza fayda verəcək.

- Ümumiyyətlə, Azərbaycan futbolu barədə məlumatınız varmı?

- "Qarabağ" və "Neftçi" komandalarını çox yaxşı tanıyıram. Hər iki kollektiv mütəmadi olaraq avrokuboklarda mübarizə aparırlar.

- Maraqlıdır, ölkəmizdən təklif gəlsə, buna reaksiyanız nə olar?

- Mən Azərbaycandan gələcək təklifləri nəzərdən keçirməyə açığam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:21

Norveçin keçmiş qapıçısı Erik Torsvett: “Sabah” izləməkdən zövq alıram

Futbol
Bu gün, 11:14

Liverpulun hücumçusu Uqo Ekitike 750 min avro dəyərində unikal Lamborghini Revuelto sənədxən

Digər
Bu gün, 11:12

Snuker üzrə Azərbaycan çempionatını Qubatov qazandı;

Voleybol
Bu gün, 11:03

Cəlil Cəlilov: UEFA Çempionlar Liqasında “Sportinq”ə qarşı yaxşı nəticə gözləyirik

Qarabağ FK
Bu gün, 11:00

“Sabah”ın ilk məğlubiyyəti Tovuzda, “Neftçi” zirvəyə çıxdı, “Qarabağ” Qəbələdə xal itirdi

Digər
Bu gün, 10:48

Orxan Qubatov birinci, Rzayev ikinci: Azərbaycan snuker çempionatının qalibləri açıqlanıb

Futbol
Bu gün, 10:41

Araz-Naxçıvan 40 nöqtə ilə heç-heçə etmədən çempionatda birinci oldu;

Formula 1
Bu gün, 10:38

Şarl Lekler, Mexico Grand Prix-də Lewis Hamiltonla mübahisəli insidentə açıqlama verib

Qarabağ FK
Bu gün, 10:30

Qarabağ 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç‑heçə etdi

Futbol
Bu gün, 10:25

İkinci Liqa 9-cu turda bugün üç oyun baş tutacaq

Voleybol
Bu gün, 10:10

Kuzeyboru Voleybolçusu Ece Hitayca Sosial Şəbəkədə Təqib və Təzyiqlə Qarşı-qarşıya

Futbol
Bu gün, 10:02

Renat Dadaşov sağaldı, Ukraynaya qayıtmadan əvvəl məşqlərə qayıdacaq

Qarabağ FK
Bu gün, 10:00

X turda 18,900 azarkeş izləyib – “Kəpəz” yenidən lider oldu

Futbol
Bu gün, 09:52

Messi'dən Mbappé'ye: Ulduz Futbolçuların Klub Sahibliyi

Futbol
Bu gün, 09:43

Mahir Emreli oyunu ilə Rakuv 3-1 qalib qaldı

Futbol
Bu gün, 09:40

Manchester United skautlarını Borussia Dortmundun dörd oyunçusunu izləmək üçün Almaniyaya göndərib

Cüdo
Bu gün, 09:38

İbrahim Talıbov qızıl medal qazanıb – məşqçiləri təbrik edir

Futbol
Bu gün, 09:20

Arsenal, 70 milyon avro dəyərində hücumçunu qış transferi ilə qazanmağa hazırdır

Voleybol
Bu gün, 09:08

Turan CEV Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxacaq

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Oxşar xəbərlər