top
Mourinyo Real matçı öncəsi Prestianniyə dəstək nümayiş etdirdi və komandanı qorumaq üçün tədbirlər gördü Idman.biz
23 fevral 2026, 17:22
- ↺ +

Mourinyo "Real" matçı öncəsi Prestianniyə dəstək nümayiş etdirdi və komandanı qorumaq üçün tədbirlər gördü

"Benfika" Çempionlar Liqasının cavab matçında "Real"ın qonağı olmağa hazırlaşır. Gərgin keçən həftədən sonra baş məşqçi Joze Mourinyo həm komandasını, həm də irqi ayrı-seçkilik qalmaqalı ilə gündəmə gələn Canluka Prestiannini qorumaq üçün hərəkətə keçib.

İdman.Biz ESPN-ə istinadla xəbər verir ki, argentinalı futbolçu bütün komanda yoldaşlarının qarşısında Vinisiusa qarşı irqçi ifadə işlətmədiyini bildirib və yaranmış vəziyyətə görə üzr istəyib. UEFA tərəfindən hələlik heç bir rəsmi sanksiya tətbiq edilmədiyi üçün Mourinyo Prestianniyə tam etimadını nümayiş etdirib. Portuqaliyalı çalışdırıcının mesajı qətidir: "Kənar səs-küydən uzaqlaşın və yalnız oyuna fokuslanın".

Matçdan öncə Vinisius və ya Mbappe ilə Prestianni arasındakı salamlaşma anının böyük gərginliklə keçəcəyi gözlənilir. Mourinyo isə mətbuatın təzyiqini azaltmaq üçün maraqlı taktika seçib. O, "Aves"lə çempionat oyunundan əvvəl mətbuat konfransına qatılmayıb və 3:0 hesablı qələbədən sonra da insidentlə bağlı şərh verməkdən yayınıb.

Təcrübəli məşqçi komandanın hazırlıq planında da dəyişiklik edib. Adətən öz bazasında məşq edən Portuqaliya təmsilçisi bu dəfə "Bernabeu"nun atmosferinə alışmaq üçün oyundan bir gün əvvəl stadionun özündə məşqə çıxacaq.

Mourinyonun qarşılaşmanı oteldən izləməsi ehtimalı da gündəmdədir. O, 2011-ci ildə "Real"ın baş məşqçisi olarkən "Kamp Nou"dakı oyunda tətbiq etdiyi taktikanı təkrarlayaraq, diqqət mərkəzindən uzaq durub komandanı kənardan idarə edə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Oxşar xəbərlər