Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 2-ci turunun oyunu öncəsi İspaniya millisinin 18 yaşlı yarımmüdafiəçisi Lamin Yamal haqda danışıb.
İdman.biz bildirir ki, görüş sentyabrın 7-də baş tutacaq.
"Lamin Yamal böyük istedada malik möhtəşəm oyunçudur. Onun oyununu izləmək çox xoşdur, lakin İspaniya təkcə Lamin deyil. Onların bir çox variantları və əla keyfiyyəti var", - "Barca Universal" X sosial şəbəkəsində Montelladan sitat gətirir.
Türkiyə - İspaniya matçı Konyada "Medas Konya Büyükşehir" stadionunda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
İdman.biz