"Monako" futbol klubu baş məşqçisi Adi Hütterlə yollarını ayıra bilər.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 55 yaşlı avstriyalı mütəxəssis milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı istefaya göndərilə bilər.
Qeyd edək ki, Hütter 2023-cü ildən Liqa 1 klubunda işləyir. Komanda ötən mövsüm onun rəhbərliyi altında çempionatında üçüncü olub. "Monako" hazırda 7 matçdan sonra 13 xalla beşincidir.
"Monako" klubu Adi Hütter avstriyalı mütəxəssis