I Liqada mübarizə aparan MOİK yaxın günlərdə heyətinə yeni oyunçu qatacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, ordu klubu millinin sabiq üzvü ilə danışıq aparır.
Mənbəmizin sözlərinə əsasən, danışıqlar artıq yekunlaşmaq üzrədi. Bəzi sənədləşmə məsələsi həll olunduqdan sonra klub rəhbərliyi futbolçunu ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, 6 turdan sonra aktivində 5 xal olan MOİK turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.