top
MOİK-in baş məşqçisi: I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar Report.az
05 dekabr 2024, 15:58
- +

MOİK-in baş məşqçisi: "I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar"

I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar.

Bunu "Report"a açıqlamasında Azərbaycanın I Liqasında çıxış edən MOİK-in baş məşqçisi Qəzənfər Abbasov aşağı dəstə təmsilçilərinin Misli Premyer Liqası klubları ilə başabaş mübarizə apara bilməmələrinin səbəbləri haqqında danışarkən deyib.

Mütəxəssis meydanların bərbad vəziyyətdə olmasından şikayətlənib:

"Qəbələ"dən başqa, demək olar ki, I Liqa komandalarının 90 faizi süni örtükdə məşq edir. İlk növbədə şərait olmalıdır. Qələbə qazanmaq istəyiriksə, şəraitimiz Premyer Liqa klublarına yaxın olmalıdır. Amma hazırda şərait baxımından I Liqa klubları çox geridədir. Klubların əksəriyyətinin meydanları bərbaddır. I Liqada 8 oyun keçirmişik, yeddinci yerdəyik. Ev oyunlarımızı həmişə Binədə keçirmişik. Bu gün isə Sumqayıtda məşq edirik. Oyunlarımızın hamısını səfərdə, digər klubların meydanlarında keçiririk. Bu şəraitlə Premyer Liqa klubu ilə qarşılaşanda, çatışmazlıqr üzə çıxır. Belə vəziyyətdə legioner də gətirsən, faydası olmaz. I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar. Ancaq şəraitimiz, normal meydanımız olsa, nəinki Premyer Liqa klubları ilə başabaş mübarizə apara, hətta qalib də gələ bilərik".

O, Azərbaycan Kubokunun 1/8 finalında "Sumqayıt"a məğlub olmalarını yorğunluqla əlaqələndirib:

"Sumqayıt"ı təhlil etmişdik. Məşqçi dəyişikliyindən sonra oyun üslubları, hücumları daha da yaxşılaşıb. İtirəcəyimiz heç bir şey yox idi. Belə ab-havada oynamaq komanda üçün təcrübədir. Mübarizə apardıq, futbolçular tapşırıqların hamısını yerinə yetirdilər. Oyunun sonlarında artıq yorğunluq var idi. Belə olan halda səhvlərə yol verməyə başlayırsan. Bu səhvlərin ikisindən sonra qapımızda qol gördük. Ümumilikdə komandadan razı qaldım. Rəhbərlik də təbrik etdi. "Sumqayıt"a da uğurlar arzulayıram".

Qeyd edək ki, MOİK Azərbaycan Kubokunun 1/8 finalında qarşılaşdığı "Sumqayıt"a 1:3 hesabı ilə məğlub olub. I Liqanın digər 5 komandası da Premyer Liqa təmsilçilərinə bu mərhələdə uduzaraq mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Bu gün, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Bu gün, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Bu gün, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Bu gün, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Bu gün, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Bu gün, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Bu gün, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Bu gün, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
Dünən, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Olimpiada
Dünən, 22:25

Azərbaycan Atletika Milli Komandasının yeni məşqçi təyinatı

Futbol
Dünən, 19:37

Kəpəz – Sumqayıt qarşılaşması üçün 4000 bilet satılıb, azarkeş marağı yüksəkdir

Futbol
Dünən, 18:47

Barselona qapıçısı Joan Qarsiya sağ dizində narahatlıqla zədələnib

Futbol
Dünən, 18:05

Azərbaycan U-18 milli komandası 21‑23 sentyabr Bayıl Təlim‑Məşq Mərkəzində seleksiya toplanışı keçirəcək

Basketbol
Dünən, 16:08

ABL yeni mövsümün açılış oyununda “Sabah” komandası “LANDAU Lions” ilə qarşılaşacaq

Futbol
Dünən, 13:00

Litva millisinin Azərbaycanla oyunları üçün heyəti açıqladı

Basketbol
Dünən, 11:32

Neftçi klubuna ABŞlı basketbolçu Zakeriya Hiks qoşuldu

Futbol
Dünən, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
Dünən, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Futbol
Dünən, 01:19

“Mançester Yunayted” Liqa Kubokundan çıxıb, “Aston Villa” 1/8 finala yüksəldi

Futbol
Dünən, 01:02

Milan 0-2 Benfika, Bayer 2-0 Çelye

Futbol
Dünən, 00:43

Barselona 7 oyunda 30 qol vurar, orta məhsuldarlığı 4 qoldan çox

Futbol
16 sentyabr 2026, 22:44

João Pedro zədə səbəbindən Braziliya millisinin dostluq oyunlarından çıxarıldı

Oxşar xəbərlər