Ostində keçirilən yoldaşlıq matçında MLS-in ulduzları ilə Meksika çempionatının ulduzları üz-üzə gəlib. Sport24.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"İnter Mayami"nin bütün liderləri, o cümlədən ulduzu Lionel Messi oyunu buraxıb. Daha əvvəl argentinalıya gərgin qrafik səbəbindən istirahət verildiyi bildirilib.
"Monterreyin" müdafiəçisi Serxio Ramos isə Meksika yığmasının formasını geyinib.