Belarusda çempion müəyyənləşib. Sport24.az xəbər verir ki, ölkə çempionatının 29-cu turunda "Qomel"i 5-0 hesabı ilə məğlub edən "ML Vitebsk" mövsümün bitməsinə bir tur qalmış qızıl medalları təmin edib.
Qeyd edək ki, "ML Vitebsk" yüksək diviziona yüksəldiyi ilk mövsümdə qalib gəlməklə növbəti il Çempionlar Liqasının təsnifat mərhələsində iştirak etmək hüququ qazanıb.