top
Misli Premyer Liqasında stadionların qazon problemləri və klubların qış fasiləsindəki planları Idman.biz
30 dekabr 2025, 14:15
- ↺ +

Misli Premyer Liqasında stadionların qazon problemləri və klubların qış fasiləsindəki planları

Misli Premyer Liqasında mövsümün ilk 16 turu bəzi baş məşqçilərin oyunların keçirildiyi stadionların ot örtüyü ilə bağlı narazılıqları ilə yadda qalıb.

İdman.Biz futbolplus.az-a istinadən xəbər verir ki, bu məsələdə daha çox "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov və "Sabah"ın çalışdırıcısı Valdas Dambrauskas diqqət çəkib. Etirazlar əsasən Tovuz, Yevlax şəhər stadionları və Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı olub.

Qış fasiləsindən sonra problemlərin aradan qaldırılıb-qaldırılmayacağı ilə bağlı klubların mövqeyi də açıqlanıb. "Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev bildirib ki, yanvarın 25-də "Sumqayıt"la keçiriləcək ev oyununa qədər yeni salınmış təbii ot örtüyü tam bərpa olunacaq və əlavə müdaxiləyə ehtiyac yoxdur.

"Karvan-Yevlax"ın idman direktoru Kənan Kərimov isə Yevlax şəhər stadionunun qazonunun UEFA standartlarına cavab verdiyini qeyd edib. Bununla yanaşı, klub ehtiyat meydançasının təbii ot örtüyü ilə təchiz edilərək gələcəkdə tribunalarla təmin olunmasını planlaşdırır. Layihəyə yay aylarında start veriləcək.

Ev oyunlarını Qubada keçirən "İmişli" klubu da qazonun yaxşılaşdırılması üçün addımlar atıb. Klubun mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu bildirib ki, stadion Gənclər və İdman Nazirliyinin balansında olduğundan quruma müraciət edilib və qış fasiləsində ot örtüyünün vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müsbət cavab alınıb.

Beləliklə, Misli Premyer Liqasının ikinci yarısında stadionların ot örtüyü ilə bağlı narazılıqların azalacağı gözlənilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər