Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik olub.
İdman.Biz xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün "Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi Rauf Cabarov olacaq. Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.
"Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.