top
Misli Premyer Liqasında ən dəqiq ötürmələri kimlər verir? İdman.biz
29 oktyabr 2024, 11:28
- ↺ +

Misli Premyer Liqasında ən dəqiq ötürmələri kimlər verir?

Misli Premyer Liqası klublarının futbolçuları arasında ən çox ötürmə verənlər bəlli olub.

İdman.biz ölkə çempionatında ötürmələrin sayı və keyfiyyəti ilə bağlı digər statistik göstəriciləri nəzərdən keçirib.

Ötən 11 turda ən çox ötürmə verən Murad Xaçayevdir ("Sumqayıt") - 711. Sonrakı iki göstərici də onun komanda yoldaşlarındadır. Elvin Bədəlov 666, Səbuhi Abdullazadə 583 ötürmə verib. Sumqayıtlı futbolçularla bu sahədə daha yaxından rəqabət aparan Ruan Renato ("Zirə", 573) və Aleksey İsayevdir ("Qarabağ", 567).

Ötürmələrin dəqiqliyinə gəldikdə, 100 faizli göstərici yalnız Sergey Samokdadır. Ancaq "Turan Tovuz"un qapıçısı oynadığı 2 matçdakı 90 dəqiqədə cəmisi 6 ötürmə verib. 94,59% dəqiqliyə malik David Qomis də ("Səbail") cəmisi 74 ötürmə verib və 70-də dəqiq olub.

200-dən çox ötürməsi olanlar arasında ən sərrastı Kevin Medinadır. "Qarabağ"ın müdafiəçisi 94,42 faizlə ümumi siyahıda yuxarıda adları çəkilən iki futbolçudan sonra 3-cüdür. Onun 269 ötürməsindən 254-ü dəqiq olub. 500-dən çox ötürməsi olanların lideri 93,83 faizlə ümumi siyahıda 6-cı olan Aleksey İsayevdir. "Qarabağ"ın bu futbolçusu 567 ötürməsindən 532-ni dəqiq ünvana çatdırıb. Murad Xaçayev isə ötürmələrin sayının çoxluğuna baxmayaraq, siyahıda 32-cidir. "Sumqayıt"ın futbolçusunun 711 ötürməsindən 635-i, yəni 89,31%-i dəqiq olub.

Qeyri-dəqiq ötürmələri ilə seçilən futbolçular Ervin Koffi ("Neftçi") və Felipe Santosdur ("Araz-Naxçıvan"). Onların hərəsinin 88 ötürməsi ünvana çatmayıb.

Uzun ötürmələrdə 100 faizli göstəriciyə malik 15 futbolçudan ən çox ötürmə sayı cəmi 9 ötürməsi olan Azər Əlyevdədir ("Neftçi"). Ən çox dəqiq uzun ötürmə sayı (58) Bəxtiyar Həsənəlizadədə ("Araz-Naxçıvan") olduğu halda, onun ən yaxın izləyicisi – 52 dəqiq uzun ötürmə verən Elvin Bədəlov ("Sumqayıt") 20-dən çox belə ötürməsi olan futbolçular arasında ən yüksək dəqiqlik faizinə malikdir – 75,36.

Qol ötürmələrində ən çox fərqlənən Boyan Letiçdir ("Sabah") – 6. Ayman Boualidə ("Səbail") bu göstərici 4, Toral Bayramov ("Qarabağ") və Rüstəm Əhmədzadədə ("Zirə") 3-dür.

Komanda göstəricilərinə gəldikdə, orta hesabla hər oyuna ən çox dəqiq ötürmə edən "Qarabağ"dır – 486,7. "Sumqayıt"da bu göstərici 397, "Zirə"də 390,3-dür. Ən aşağı göstərici "Şamaxı"dadır – 198,9.

Uzun ötürmələrdə lider "Zirə" və "Sumqayıtdır" – 28. "Araz-Naxçıvan" 3-cüdür – 27,2. Ən aşağı göstərici "Neftçi"dədir – 19,1.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Oxşar xəbərlər