top
Misli Premyer Liqasında ən çox ötürmə verən futbolçular kimlərdir? - TƏHLİL Idman.biz
24 aprel 2025, 12:50
- ↺ +

Misli Premyer Liqasında ən çox ötürmə verən futbolçular kimlərdir? - TƏHLİL

Misli Premyer Liqasının bombardirlər sıyahısına 14 qolla inamla başçılıq edən Leandro Andrade, qol ötürmələrinin sayında da birincidir. "Qarabağ"ın yarımmüdafiəçisi 8 dəfə fərqlənən komanda yoldaşlarına assistentlik edib.

İdman.biz qol ötürmələri ilə yanaşı, ötürmələrin sayı və dəqiqliyi üzrə fərqlənən futbolçuları da müəyyən edib.

Assistentlikdə Leandronu 6 məhsuldar ötürmə ilə komanda yoldaşları Yassin Benzia və Nəriman Axundzadə, eləcə də, "Sabah"dan Boyan Letiç izləyirlər.

Qol ötürmələrindən əvvəlki ötürmələrdə isə Elvin Cəfərquliyev ("Qarabağ") ön sıradadır – 5. Onun komanda yoldaşı Abdulla Zubirin 4 belə ötürməsi var.

Ümumi ötürmələrin sayında Ruan Renato liderdir. "Zirə"nin futbolçusu 1582 ötürmə verib. Murad Xaçayevdə ("Sumqayıt") bu rəqəm 1579, Con İrasabalda ("Sabah") 1468-dir.

Ötürmələrin dəqiqlik faizində Riçard Almeyda öndədir - 94,03 faiz. "Qarabağ"ı bu qış tərk etmiş braziliyalı 318 ötürməsindən cəmisi 19-nu ünvana çatdıra bilməyib. 1000 və daha çox ötürmə verən futbolçular sırasında lider Aleksey İsayevdir ("Qarabağ") – 92,26 faiz.

Dəqiq ötürmə sayında Murad Xaçayev (1376) Ruan Renatonu (1372) qabaqlayır. Con İrasabal 1292 dəqiq ötürmə ilə 3-cüdür.

Qeyri-dəqiq ötürmələr isə Rauf Hüseynlidə ("Kəpəz", 258) hamıdan çoxdur. Felipe Santosun ("Araz-Naxçıvan") 242, Toral Bayramovun ("Qarabağ") 238 ötürməsi ünvana çatmayıb.

Dəqiq uzun ötürmələrin sayında da Ruan Renato birincidir – 159. Onu 146 ötürmə ilə izləyən 3 futbolçudan ikisi "Kəpəz"dəndir – Rocerio Santos və Yeqor Xvalko. "Sumqayıt"dan Elvin Bədəlovun da dəqiq ötürmələrinin sayı eyni qədərdir.

50 və daha çox dəqiq uzun ötürmə verən futbolçular sırasında dəqiqlik faizinə görə Yassin Benzia ("Qarabağ") birincidir – 74,51 faiz. Onu komanda yoldaşı Patrik Andrade (73,91 faiz) və "Zirə"dən Aydın Bayramov (71,43 faiz) izləyirlər.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər