Misli Premyer Liqasında V turun ən intizamsız futbolçusu "Neftçi"nin müdafiçisi İqor Ribeyrodur.
İdman.biz futbolpress.az-a istinadən xəbər verirki, o, artıq bir dəfə qırmızı vərəqə alıb və bu səbəbdən 3 oyun keçirib.
İkinci "qırmızı"sı olan isə "İmişi"dən Rafael Vieqasdır. Sağ cinah müdafiəçisi 4 oyun keçirib, 1 dəfə meydandan qovulub.
Sarı vərəqələr sayında lider isə Felipe Santos, Patrik Andrade (hər ikisi "Araz-Naxçıvan") və "Şamaxı"dan Rİkardo Apolinariodur. Bu futbolçular 5 turda hərəyə 3 dəfə "sarı" alıb.
Bu mövsüm ikinci sarı vərəqəyə görə qovulan isə Slavik Alxasovdur. "Qarabağ"la matçın 30 dəqiqəsi ərzində iki dəfə "sarı" alan müdafiəçi daha sonra meydandan qovulub.