top
Misli Premyer Liqası: VI turda iki heç-heçə qeydə alındı Idman.biz
27 sentyabr 2025, 21:01
- ↺ +

Misli Premyer Liqası: VI turda iki heç-heçə qeydə alındı

Misli Premyer Liqasında bu gün iki oyun keçirilib. Həm "Neftçi" - "Karvan-Yevlax" (0:0), həm də "Şamaxı" - "Araz-Naxçıvan" (1:1) oyununda qalib müəyyənləşməyib.

İdman.biz bildirir ki, bu qarşılaşmalardan sonra "Araz-Naxçıvan" 11 xalla ikinci yerdə qərarlaşıb və lider "Zirə"dən 1 xal geri qalır.

"Neftçi" 7 xalla 8-ci, "Karvan-Yevlax" isə 5 xalla 10-cu yerdədir. 9-cu yerdə qərarlaşan "Şamaxı"nın 6 xalı var.

Tura sabah yekun vurulacaq.

20:58

"Neftçi" - "Karvan-Yevlax" görüşü başa çatıb.

İdman.biz bildirir ki, oyunda hesab açılmayıb.

20:05

Misli Premyer Liqasının 6-cı turunun "Neftçi" - "Karvan-Yevlax" oyununda ikinci hissə başlayıb.

İdman.biz xəbər verir ki, ilk yarıdan sonra hesab 0:0-dır.

19:49

"Neftçi" - "Karvan-Yevlax" görüşündə ilk hissə başa çatıb.

İdman.biz bildirir ki, birinci 45 dəqiqədə qapılara qol vurulmayıb.

19:01

Misli Premyer Liqasının 6-cı turunun "Neftçi" - "Karvan-Yevlax" oyunu start götürüb.

İdman.biz bildirir ki, oyunu Kamranbəy Rəhimov idarə edir.

17:50

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Karvan-Yevlax" oyunu üçün heyətlər açıqlanıb.

İdman.biz xəbər verir ki, komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Samir Abasov

"Karvan-Yevlax": 1. Kamran İbrahimov 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 2. Şakil Sno 12. Vitor Roşa 11. Kayl Spens 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 37. Mois Nqvisani 10. Samuel Durrant

Baş məşqçi: Azər Həşimov

17:29

Misli Premyer Liqasının VI turu çərçivəsində "Şamaxı" və "Araz-Naxçıvan" komandaları qarşılaşıb.

İdman.biz xəbər verir ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.

Görüşün 28-ci dəqiqəsində "Şamaxı"dan Rüfət Abbasov hesabı açaraq komandaya üstünlük gətirib – 1:0. Fasiləyə qədər bu nəticə dəyişməyib. İkinci hissədə 73-cü dəqiqədə "Araz-Naxçıvan"ın üzvü Şarl Boli hesabı bərabərləşdirib – 1:1.

Qeyd edək ki, oyunun əvvəlində "Şamaxı"dan Karim Rossi fərqlənsə də, qol ofsayd səbəbi ilə qeydə alınmayıb. Görüşün baş hakimi Rəşad Əhmədov olub.

17:10

​Misli Premyer Liqasının VI turu çərçivəsində "Şamaxı" və "Araz-Naxçıvan" qarşılaşmasında ikinci qol qeydə alınıb.

İdman.biz xəbər verir ki, 73-cü dəqiqədə "Araz-Naxçıvan" komandasının üzvü Şarl Boli hesabı bərabərləşdirib - 1:1.

16:40

Misli Premyer Liqasının VI turu çərçivəsində "Şamaxı" və "Araz-Naxçıvan" qarşılaşmasında ikinci hissə başlayıb.

İdman.biz xəbər verir ki, "Şamaxı" fasiləyə üstünlüklə yollanıb - 1:0.

16:26

Misli Premyer Liqasının VI turu çərçivəsində "Şamaxı" və "Araz-Naxçıvan" qarşılaşmasında komandalar fasiləyə yollanıblar.

İdman.biz xəbər verir ki, "Şamaxı" fasiləyə üstünlüklə yollanıb - 1:0.

16:05

Misli Premyer Liqasının VI turu çərçivəsində "Şamaxı" və "Araz-Naxçıvan" qarşılaşmasında hesab açılıb.

İdman.biz xəbər verir ki, 28-ci dəqiqədə "Şamaxı" komandasından Rüfət Abbasov fərqlənib - 1:0.

15:57

Misli Premyer Liqasının VI turu çərçivəsində "Şamaxı" və "Araz-Naxçıvan" qarşılaşmasından oyun davam edir.

İdman.biz xəbər verir ki, 17-ci dəqiqədə "Şamaxı" komandasından Karim Rossi fərqlənsə də, qol ofsayd səbəbi ilə qeydə alınmayıb.

15:35

Misli Premyer Liqasının VI turu çərçivəsində "Şamaxı" və "Araz-Naxçıvan" qarşılaşması start götürüb.

İdman.biz xəbər verir ki, görüşün baş hakimi Rəşad Əhmədovdur.

15:02

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində bu gün keçiriləcək "Şamaxı" - "Araz-Naxçıvan" oyunu üçün heyətlər açıqlanıb.

İdman.biz xəbər verir ki, komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Şamaxı": 1. Rikardo Fernandes (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara

"Araz-Naxçıvan": 12. Kristian Avram, 2. Qara Qarayev, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 19. Bar Kohen

09:38

Misli Premyer Liqasında VI turun oyunları davam edir.

İdman.biz xəbər verir ki, tur çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı bölgədə keçiriləcək. "Şamaxı" öz neydanında "Araz-Naxçıvan"ı qəbul edəcək. Elmar Baxşıyevin komandası səfərdən 3 xalla dönəcəyi təqdirdə ilk pilləyə yüksələ bilər. Ancaq "Şamaxı" da asan təslim olanlardan deyil. Ayxan Abbasovun komandası rəqibə qarşı sonadək mübarizə aparmağa çalışacaq.

Növbəti oyun Bakıda baş tutacaq. "Neftçi" "Karvan-Yevlax"la üz-üzə gələcək. Ötən tur qələbə həsrətinə son qoyan paytaxt təmsilçisi 6 xalla 8-ci, Yevlax klubu isə 4 xalla 11-ci yerdədir.

Misli Premyer Liqası
VI tur

27 sentyabr

15:30. "Şamaxı" – "Araz-Naxçıvan"

Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Karvan-Yevlax"

Baş hakim: Kamranbəy Rəhimov

"Neftçi Arena"

Qeyd edək ki, daha öncə keçirilmiş "İmişli" – "Zirə" matçında qalib müəyyənləşməyib – 1:1. "Qarabağ" isə "Qəbələ"ni 2:0 hesabıyla yenib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Oxşar xəbərlər