Bu gün Misli Premyer Liqasında V tura yekun vurulacaq.
İdman.biz xəbər verir ki, turun son günündə 2 oyun keçiriləcək.
Günün ilk matçına Bakıda start veriləcək. "Araz-Naxçıvan" komandası "Liv Bona Dea Arena"da "Qarabağ"ı qəbul edəcək.
Turun son oyunu Sumqayıtda başa çatacaq. "Gənclik şəhər" təmsilçisi cari mövsümdə qələbə qazana bilməyən "Neftçi" komandası ilə qarşılaşacaq.
Misli Premyer Liqası
V tur
21 sentyabr (bazar)
17:00. "Araz-Naxçıvan" - "Qarabağ"
Baş hakim: Əliyar Ağayev
Liv Bona Dea Arena
19:30. "Sumqayıt" - "Neftçi"
Baş hakim: Elçin Məsiyev
Mehti Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İdman.biz