top
Misli Premyer Liqası klublarının baş məşqçiləri 2025/2026 mövsümü ilə bağlı fikirlərini bölüşüblər - SORĞU Report.az
15 avqust 2025, 15:19
- ↺ +

Misli Premyer Liqası klublarının baş məşqçiləri 2025/2026 mövsümü ilə bağlı fikirlərini bölüşüblər - SORĞU

Misli Premyer Liqasında 2025/2026 mövsümü bu gün start götürəcək. Bu dəfə elitada 12 komanda mübarizə aparacaq. Yeni "futbol ili"nə ciddi hazırlaşan klublar yay "transfer pəncərəsi" dönəmində kifayət qədər fəal olublar. Bəs görəsən, komandalar çempionata neçə faiz hazırdılar? 2025/2026 mövsümündə hədəfləri nədən ibarət olacaq?

"Report" bununla bağlı Premyer Liqada mübarizə aparan klubların baş məşqçiləri arasında sorğu aparıb.

Elmar Baxşıyev ("Araz-Naxçıvan"): "Əvvəlcədən gücləndirilməsini nəzərdə tutduğumuz mövqelər var idi ki, ora transferlər etdik. Demək olar, bəyəndiyimiz, komandada görmək istədiyimiz futbolçular bu gün bizimlədir. Tədricən tam uygunlasdiqdan sonra daha güclü olacağıq. Mövsümün əvvəlidir, toplanışdan sonra komanda tədricən artan xətt üzrə performans göstərəcək. Bunu faizlə demək istəməzdim. Yenə deyirəm, oyundan-oyuna inkisaf edəcəyik, artıracağıq, dediklərimizi meydanda daha yaxşı, az səhv etməklə tətbiq edəcəyik. Məqsəd isə avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün potensialımız var. Ancaq digər komandalar da güclənib. Çempionata yeni kollektivlər qoşulub. Onlar yarışa rəng qatacaqlar. Məncə, maraqlı çempionat izləyəcəyik".

Valdas Dambrauskas ("Sabah"): "Yeni mövsümdə daha çox işləməliyik. Öz üzərimizdə çalışıb, ötənmövsümkü problemlərin həlli yolunu tapmalıyıq. Transferlərimiz pis deyil. Yeni mövsümdə də avrokuboklara vəsiqə qazanmaq istəyirik. Məqsədimiz maksimum əlimizdən gələni edib, çempionatda hər matçdan qalib ayrılmaqdır".

Samir Abasov ("Neftçi"): "Komandada vəziyyət müsbətdir, yaxşı məşqlər etmişik. Hazırlığımız yüksək səviyyədə keçib. Düzdür, yoxlama oyunları başqa, çempionatın təzyiqi başqadır. Bunu anlayırıq. Düşünürəm ki, çempionata yaxşı başlayacağıq. "Neftçi"nin adına görə oynayacağıq. Bu həvəslə oynasaq, mövsümün sonunda istədiyimiz hədəfə çatacağıq. Komandada həddindən artıq dəyişikliklər etmişik. Demək olar ki, bütün komandanı dəyişdik. Bu da, əlbəttə ki, təsirsiz ötüşməyəcək. Ümid edirik ki, hər şey yaxşı olacaq. Kimsə uyğunlaşma dövrünü tez keçə bilər, kimdəsə gec alınar. Bu baxımdan risk zonasındayıq. Gətirdiyimiz futbolçular keyfiyyətli və səviyyəlidirlər. İnanıram ki, gücümüzə güc qatacaqlar".

Ayxan Abbasov ("Şamaxı"): "Büdcəmizə uyğun transferlər etmişik. İnanırıq ki, yeni transferlərimiz komandaya kömək edəcəklər. Çempionata neçə faiz hazır olduğumuzu konkret deyə bilmərəm. Amma oyundan-oyuna daha yaxşı formada olacağımıza inanıram. Bu mövsümdə də hədəfimiz Premyer Liqada yerimizi qorumaqdır".

Saşa İliç ("Sumqayıt"): "Demək olar ki, heyətin komplektləşdirilməsi ilə bağlı planlarımızı yerinə yetirdik. Amma bir və ya bir neçə yeni transfer ola bilər. Bununla bağlı iş davam edir. Çempionata nə qədər hazır olduğumuzu, təbii ki, faizlə ifadə etmək çox çətindir. Hazırlıqlara Sumqayıtda start verdik, daha sonra Qəbələdə çox yaxşı, məhsuldar təlim-məşq toplanışımız oldu və yenidən bazamızda davam edirik. Düşünürəm ki, komandam ilk turun "Kəpəz"lə oyununa qədər tam hazır olacaq. Kollektivin qarşısına qoyulan hədəf bacardıqca yüksək pillələrdə yer almaqdır. Biz də bunun üçün əlimizdən gələni edirik. Çalışırıq ki, bu şəhər, azarkeşlər və bu komanda ən yaxşı nəticələri görsünlər".

Adil Şükürov ("Kəpəz"): "Transfer çalışmalarımız hələ də davam edir. Yaxşı futbolçular cəlb etmək istəyirik ki, turnir cədvəlindəki mövqeyimiz də yaxşı olsun. Komandanın çempionata neçə faiz hazır olduğunu deyə bilməyəcəyəm. Çünki hələ də hazırlıq dövrü keçirik. Baxmayaraq ki, artıq mövsüm start götürür. Artıq son mərhələyə gəlmişik. Düşünürəm ki, komanda çümpionarda zamanla tam toparlanacaq. Turnir cədvəlində 6-8-ci pillələri tutmaq uğrunda mübarizə aparacağıq. Çünki bizim büdcəmiz hər kısə bəllidir. Bununla belə, özümüzə inam var".

Kaxaber Sxadadze ("Qəbələ"): "İstənilən komandanın hər zaman güclənməyə ehtiyacı var. Ona görə də hansısa məşqçinin transferlərdən 100 faiz razı qaldığını demək olmaz. Skaut qrupumuz transferlərlə bağlı həmişə axtarışdadır. Mövsümə hazırlığımızı faizlə hesablamaq doğru olmazdı. Belə deyə bilərəm ki, komandaya tez qoşulan futbolçular daha hazırlıqlıdrlar. Gec qoşulanlara isə bir qədər vaxt lazımdır. Hər oyunda var gücümüzlə mübarizə aparmalıyıq. Mümkün olduqca yuxarı pillələrdə möhkəmlənməliyik. Təbii ki, Premyer Liqada yerimizi qorumaq əsas məqsəddir".

Xorxe Kaskilya ("İmişli"): "Yay "transfer pəncərəsi"ndə büdcəmiz çərçivəsində həm legioner, həm də yerli futbolçulardan bəzilərini komandaya cəlb etmişik. Bəzi oyunçularla isə razılıq əldə etmək mümkün olmadı. Bununla belə, transfer istiqamətində işlər davam edir. Artıq beş həftədir birlikdə çalışırıq. Futbolçular məşqlərdə fəal iştirak edir və məşqçilər korpusunun yeni oyun ideyalarını mənimsəyirlər. Keçirdiyimiz yoldaşlıq görüşləri maraqlı alındı. Təbii ki, bəzi səhvlərimiz də oldu və bu müddətdə həmin nöqsanların aradan qaldırılması üçün çalışdıq. Əsas məqsədimiz çempionatı sabit və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır. Həmçinin Azərbaycan Kubokunda mümkün qədər irəliləmək niyyətindəyik".

Azər Həşimov ("Karvan-Yevlax"): "İstədiyimiz bütün transferləri reallaşdıra bilməsək də, müəyyən yaxşı futbolçularla razılıq əldə etdik. Deyərdim ki, komanda çempionata 60-70 faiz hazırdır. Yevlaxın adına layiq mübarizə aparmaq istəyirik. Əsas hədəfimiz Premyer Liqadakı yerimizi qoruyub saxlamaq olacaq. Əzimkar, döyüşkən və ən əsası mövsümün sürpriz komandasını yaratmaq istəyirik. İnanıram ki, "Karvan-Yevlax" çempionata rəng qatacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Dünən, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Dünən, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Dünən, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Dünən, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Dünən, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Dünən, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər