Misli Premyer Liqasının XIII turunun "Kəpəz" - "Zirə" oyununda ikinci yarı start götürüb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab açılmayıb - 0:0.
14:47
Misli Premyer Liqasının XIII turunun "Kəpəz" - "Zirə" oyununda ilk yarı bitib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab açılmayıb - 0:0.
14:00
Bu gün Misli Premyer Liqasının XIII turunun "Kəpəz" - "Zirə" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Rəşad Əhmədov idarə edir.
13:09
Bu gün Misli Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək ilk oyunda qarşılaşacaq "Kəpəz" və "Zirə" komandalarının start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Yevlaxda saat 14:00-da start götürəcək.
Komandaların heyətləri:
"Kəpəz": 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 14. Adama Fofana, 55. Kresus Donqo, 6. Pedro Qomeş.
Baş məşqçi: Azər Bağırov.
"Zirə": 97. Tiaqo Silva, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 30. Rikardo Martins, 20. İssa Cibrila, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
09:08
Bu gün Misli Premyer Liqasının XIII turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Yevlaxda start veriləcək.
"Zirə" 23 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 6 xala malik "Kəpəz" isə onuncudur.
Misli Premyer Liqası
II dövrə, XIII tur
28 noyabr (cümə)
14:00. "Kəpəz" - "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu
Qeyd edək ki, XIII tura noyabrın 30-da yekun vurulacaq.