Misli Premyer Liqasında 35-ci turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, 5 qarşılaşmada ümumilikdə 9500 tamaşaçı qeydə alınıb.
"Sumqayıt" - "Turan Tovuz" matçında (0:1) 3500, "Zirə" - "Sabah" (1:1) görüşündə 1000, "Şamaxı - "Araz-Naxçıvan" qarşılaşmasında (0:1) 700, "Neftçi" - "Səbail" duelində (3:0) 800, "Qarabağ" - "Kəpəz" oyununda (3:0) 3500 fanat olub.
Qeyd edək ki, sonuncu - 36-cı tura mayın 23-də start veriləcək.