top
Misli Premyer Liqası 2024/2025 mövsümündə ən çox cəzalandırılan komandalar və oyunçular müəyyənləşib Report.az
04 avqust 2025, 12:14
- ↺ +

Misli Premyer Liqası 2024/2025 mövsümündə ən çox cəzalandırılan komandalar və oyunçular müəyyənləşib

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının statistikasında bildirilib.

Mövsüm ərzində orta fol sayı 12.78 olub. Futbolçulara 22 dəfə birbaşa qırmızı vərəqə göstərilib. İkinci sarıdan qırmızı görən futbolçuların da sayı eyni olub. Ümumilikdə isə futbolçulara mövsüm ərzində 671 sarı vərəqə göstərilib.

Orta hesabla ən çox fol edən klub "Sabah"dır - 15,36 dəfə. Fola ən az "maraq göstərən" komanda isə "Qarabağ" olub - 11,59 dəfə.

"Araz-Naxçıvan" futbolçularına daha çox qırmızı vərəqə (4 dəfə) göstərilən komanda olub. "Neftçi" isə futbolçuları daha çox birbaşa qırmızı vərəqə (3 dəfə) görən komanda ünvanına sahib çıxıb.

"Turan Tovuz" futbolçuları ən çox sarı vərəqə görən komanda olub. Tovuz təmsilçisinin üzvləri 77 dəfə "sarı xəbərdarlıq" alıblar.

Futbolçularına ən az qırmızı vərəqə göstərilən komandalar "Səbail" və "Zirə"dir. Hər iki Bakı təmsilçisinin üzvləri cəmi 1 qırmızı vərəqə görüblər.

"Kəpəz" və "Şamaxı"nın heç bir futbolçusuna birbaşa qırmızı vərəqə göstərilməyib.

Futbolçularına ən az sarı vərəqə göstərilən komanda isə "Qarabağ" olub. Ağdam təmsilçisinin futbolçuları 53 dəfə cəzalanıb.

Mövsüm ərzində orta hesabla ən çox fol edən futbolçu "Şamaxı"nın gürcü legioneri Giorgi Kantariya (2,61) olub.

Ən çox qırmızı vərəqə görən futbolçu "Neftçi"nin yarımmüdafiəçisi Edvin Kuçdur. 31 yaşlı monteneqrolu futbolçu 2 dəfə meydandan qovulub. "Araz-Naxçıvan"ın braziliyalı yarımmüdafiçisi Vanderson Melo isə ən çox sarı vərəqə görən futbolçu olub. O, mövsüm ərzində 11 dəfə cəzalanıb.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Oxşar xəbərlər