top
Misli Premyer Liqa məşqçilərindən Azərbaycan millisinin baş məşqçisi ilə bağlı SORĞU Report.az
16 sentyabr 2025, 11:27
- ↺ +

Misli Premyer Liqa məşqçilərindən Azərbaycan millisinin baş məşqçisi ilə bağlı SORĞU

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərəhləsinin ilk oyunundan sonra istefaya göndərildi. Səfərdə İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildi.

Milli komandanın yeni baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?

"Report" bununla bağlı Misli Premyer Liqasında mübarizə aparan klubların baş məşqçiləri arasında sorğu keçirib.

Qurban Qurbanov ("Qarabağ"): "Bu, çox həssas məsələdir. Bəzi kriteriyalar var ki, ona düzgün əməl etməliyik. Çünki bu kollektiv içərisində olan qərardır. Tanıdığım yerli məşqçilər var ki, öz üzərilərində çox çalışırlar. İşgüzarlığa böyük önəm verirlər. 4-5 məşqçimiz var ki, gecə-gündüz düşünürlər, bacarıqlarını yaxşılaşdırmaq istəyirlər. Belə olan halda nəticə də olur, intizam da, gözəl kollektiv də. Xaricdən gələn məşqçiləri təəssüf ki, tanımıram. Tanınmış olsalar da. Amma öz məşqçilərimizə böyük dəyər vermişəm. Onları yaxından tanıyaraq belə düşünmüşəm. Ümumiyyətlə, təkcə millidə yox, klubda da yerlilərə güvənməkdən çəkinmək lazım deyil. Onlara güvənib, arxalarında dayanıb, yer açmaq lazımdır".

Rəşad Sadıqov ("Zirə"): "Daha əvvəl də demişdim, milli ilə bağlı məsələyə qayıtmayacam. Hər dəfə yığmada məşqçi istefası reallaşan kimi, oxlar 2-3 nəfərin üzərinə yönəlir. Bu məsələ ilə bağlı çox danışılanda özümü ucuzlaşmış hiss edirəm".

Valdas Dambrauskas ("Sabah"): "Bu sual mənim üçün deyil. Bu, mənə aid olan məsələ deyil. Azərbaycan xalqının, AFFA-nın seçimi olmalıdır. Rəhbərlik seçməlidir".

Samir Abasov ("Neftçi): "Yerli məşqçinin tərəfdarıyam. Son oyun da göstərdi ki, bizi anlayan, futbolumuzun reallığını dərk edən, matça çıxaracaq məşqçi varsa, o da yerlidir. Kim olacaqsa, ona uğurlar arzulayıram, xeyirlisi olsun".

Kurban Berdıyev ("Turan Tovuz"): "Suala cavab vermək istəmirəm. Bu, mənə aid olan məsələ deyil".

Ayxan Abbasov ("Şamaxı"): "Bu sual hər zaman verilir və daha əvvəllər də cavab vermişəm. Mən Azərbaycan millisində yerli mütəxəssisin çalışmasının tərəfdarıyam. Düşünürəm ki, bu daha çox faydalı olar".

Saşa İliç ("Sumqayıt"): "Mənim işim çalışdığım "Sumqayıt"ı irəli aparmaq və bu komandaya fayda verməkdir. Təbii ki, istəyirəm ki, "Sumqayıt"da yer alan yerli futbolçular Azərbaycan millisinə dəvət alsınlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Lakin Azərbaycan yığmasının baş məşqçi məsələsi mənim səlahiyyətimdə deyil".

Adil Şükürov ("Kəpəz"): "Hər şeydən əvvəl futbolçuları düşünməliyik və onların ustalıq səviyyəsini artırmalıyıq. Daha sonra təyin olunacaq baş məşqçinin yerli, yaxud əcnəbi olacağı barədə danışa bilərik. İlk növbədə futbolçular inkişaf etdirilməlidir. Düşünürəm ki, meydana çıxan oyunçulardan çox şey asılıdır".

Kaxaber Sxadadze ("Qəbələ"): "Müvəqqəti də olsa, Ayxan Abbasov millinin baş məşqçisidir. Fikrimcə, yığmada yerli baş məşqçi işləsə, daha yaxşı olar. Çünki özüm də vaxtilə Gürcüstan seçməsində çalışmışam. Mütəxəssisin oyunçularla çalışmağa çox da vaxtı olmur. Onları qısa müddətdə oyunlara hazırlamaq lazımdır. Psixoloji baxımından baş məşqçinin futbolçulara ötürmək istədiyi fikri yerli məşqçi daha yaxşı edə bilər. Təkbətək ünsiyyət həmin anda daha effektli olur. Ayxan Abbasovun 2 gün ərzində millidə olmağı komandada özünü büruzə verdi. Mən demirəm ki, Fernandu Santuş zəif məşqçi idi. Amma yenə bildirirəm ki, yerli məşqçi olsa, daha uğurlu ola bilər".

Xorxe Kaskilya ("İmişli"): "Məncə, bu çox vacib bir məsələdir. AFFA rəhbərliyi milli komanda üçün nəyin münasib olduğunu daha yaxşı bilir. Fikrimcə, baş məşqçi kim olur-olsun, ölkənin dəstəyini qazanmalıdır".

Azər Həşimov ("Karvan-Yevlax"): "Birmənalı şəkildə söyləmək istəyirəm ki, Azərbaycan millisində yerli mütəxəssis çalışmalıdır. Neçə illər yığmaya əcnəbi baş məşqçilər rəhbərlik etdilər. Təəssüf ki, heç bir nəticə qazana bilmədən gediblər. Düşünürəm ki, xarici məşqçilərə ayrılacaq böyük əməkhaqqını daha düzgün istiqamətə yönəlmət olar. Məsələn, bölgələrdə uşaq futboluna yatırım edilsə, bunun daha çox faydasını görə bilərik. Həmin sərmayə sayəsində yerli futbolçular Avropada 3-4 turnirdə iştirak etsələr, çox böyük təcrübə toplayarlar. Bu təcrübə də Azərbaycan futboluna fayda verər. Bundan əlavə, Azərbaycan yığmasına ancaq azərbaycanlı olan baş məşqçi can yandıra bilər. Xarici mütəxəssis məğlub olduqda, çox da təəssüflənmir. Məvacibini alır və çıxıb gedir. Lakin yerli məşqçi uduzanda oturur, düşünür. Məğlubiyyətin səbəblərini araşdırır".

Azərbaycan milli komandası Azərbaycan futbolu Fernandu Santuş Baş məşqçi əcnəbi mütəxəssis Futbol
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Oxşar xəbərlər