top
Misli Azərbaycan Premyer Liqasının titul sponsorluğunu uzatdı Idman.biz
01 avqust 2025, 11:29
- ↺ +

"Misli" Azərbaycan Premyer Liqasının titul sponsorluğunu uzatdı

PFL ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.

İdman.biz xəbər verir ki, razılığa əsasən, 2025/2026-cı illər mövsümündə də "Misli" Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı "Misli Premyer Liqası" adlanacaq.

"Misli" hər zaman ölkədə idmanın, xüsusilə də futbolun tərəqqisi naminə önəmli layihələrin icrasında yaxından iştirak edir. "Misli"nin Azərbaycan Premyer Liqasına sponsorluğu ölkə futbolunun inkişafı və populyarlaşdırılması baxımından əhəmiyyətli addımdır.

Dördüncü mövsümdür ki, davam edən əməkdaşlıq sayəsində liqaya maraq xeyli artıb, sponsorluq çərçivəsində keçirilən layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli futbolun kommersiya dəyərinə də böyük töhfə verib.

"Misli"nin Premyer Liqaya davamlı dəstəyi Azərbaycan futbolunda uzunmüddətli və dayanıqlı inkişaf üçün mühüm rol oynayır. Bu əməkdaşlıq sayəsində futbolumuzun daha geniş auditoriyaya çıxması, azarkeşlərlə əlaqənin güclənməsi, liqada rəqabət qabiliyyətinin artırılmasını müşahidə edə bilərik.

"Misli" - media əməkdaşlığı və ictimai tədbirlərlə futbolun daha geniş auditoriyaya çatmasına dəstək olur. Buna nümunə olaraq Peşəkar Futbol Liqası ilə media sahəsində aparılan birgə işlərin futbolun televiziyada, saytlarda və rəqəmsal platformalarda daha geniş şəkildə yayılmasına imkan verməsini göstərə bilərik.

"Misli" - PFL tərəfdaşlığı idmanın ictimai dəyərini artırmaqla bərabər azarkeşlərlə klub, həmçinin milli futbol arasında əlaqəni möhkəmləndirir. "Misli"nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunda yeni inkişaf imkanlarını yaradır.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümü "Misli Premyer Liqası" 15 avqust tarixində başlayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:29

“Arsenal” dünya çempionunu transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Digər
Bu gün, 00:18

Levandovski “Qızıl top” uğrunda mübarizədə üç futbolçunu fərqləndirdi

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Digər
Dünən, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Dünən, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Dünən, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Dünən, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Dünən, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Dünən, 21:11

Kişi voleybolçular arasında Super Liqanın 2026/2027 mövsümünə sabah start veriləcək;

Oxşar xəbərlər