top
Minifutbol üzrə DÇ-nin püşkatma mərasimi keçirildi Sport24.az
13 mart 2025, 02:48
- ↺ +

Minifutbol üzrə DÇ-nin püşkatma mərasimi keçirildi

Bakıda minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Daha sonra dünya çempionatı ilə bağlı videoçarx nümayiş olunub. Milli komandamızın sabiq kapitanı Seymur Məmmədov dünya çempionatının xüsusi dizaynla hazırlanmış kubokunu nümayiş etdirib.

 

Püşkatma mərasimində ilk olaraq çıxış edən Dünya Minifutbol Federasiyasının preziddenti Filip Yuda ölkəmizə püşkatma mərasiminin möhtəşəm təşkilatçılığına görə öz minnətdarlığını bildirib. O, mundialın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

 

Gənclər və İdman Naziri Fərid Qayıbov Azərbaycanda idmanın bütün növlərinin sevildiyini və minifutbolun çox populyar olduğunu açıqladı. Ölkəmizin böyük idman yarışlarına ev sahibliyi etdiyini deyən nazir minifutbol üzrə dünya çempionatının Azərbaycana həvalə olunmasının təsadüfi olmadığını diqqətə çatdırdı.

 

AFFA-nın prezidenti Rövşən Nəcəf isə ölkəmizdə böyük futbolla bərabər minifutbola da marağın getdikcə artdığını xüsusi olaraq qeyd etdi. Onun fikrincə dünya çempionatının Bakıda keçirilməsi bu idman növünü daha da populyarlaşdıracaq.

 

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirdi. O, minifutbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını bildirdi. Orxan Məmmədov prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqladı.

 

Daha sonra püşkatma mərasimi başladı. Püşkü çıxaranlar arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, millimizin keçmiş kapitanı Rəşad Sadıqov, minifutbol üzrə Azərbaycan millisinin keçmiş kapitanı Seymur Məmmədov, ölkəmizə xüsusi olaraq dəvət olunan ulduz futbolçu Luiş Nani də var idi.

 

Qeyd edək ki, püşkün nəticələrinə əsasən milli komandamız A qrupunda mübarizə aparacaq. Buradakı rəqiblərimiz Mavritaniya, Sloveniya və Bəhreyn milliləri olacaq.

 

Minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-nə qədər Milli Gimnastika arenasında keçiriləcək. Mundialın eksklüziv yayım hüququ İDMAN TV-yə məxsusdur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Oxşar xəbərlər