Bu gün İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda I Liqanın VII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Qaradağ Lökbatan" – "Difai" oyununda "Difai" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Difai" komandası 70 manat cərimə edilir (maddə 37);
"Qəbələ" – MOİK oyununun 87-ci dəqiqəsində MOİK komandasının 6 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, MOİK komandası 150 manat cərimə edilir (maddə 39.1);
"Mingəçevir" – "Baku Sportinq" oyununda "Mingəçevir" komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə "Mingəçevir" komandası 70 manat cərimə edilir (maddə 37);
"Mingəçevir" – "Baku Sportinq" oyununda "Mingəçevir" komandasının məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanır, "Mingəçevir" komandası 400 manat cərimə edilir (maddə 43.4);
8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun "Mingəçevir" – "Baku Sportinq" oyununda "Baku Sportinq" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Baku Sportinq" komandası 70 manat cərimə edilir (maddə 37);