Birinci Liqada mövsüm bir aydan artıqdır ki, başa çatıb. Ancaq "Mingəçevir"in futbolçuları və məşqçi heyəti hələ də maaşlarını tam ala bilməyiblər. Sport24.az-a daxil olan bilgiyə əsasən klub rəhbərliyi mayın məvacibini ödəmir və ya ödəmək istəmir.
Bu üzdən ASTA şirkətinin himayəyə götürdüyü klubda narazılıq baş qaldırıb. Klubla müqaviləsi olan futbolçular yeni mövsümdə Mingəçevirə dönmək istəmirlər. Bir tərəfdən maliyyə problemi, bir tərəfdən də rəhbərliyin baş məşqçi Füzuli Məmmədovla yola getməməsi düşərgədə ab-havanı qarışdırıb.
Qeyd edək ki, mətbuatda ASTA şirkətinin Adnan Əhmədzadəyə məxsus olduğu deyilir.