Anton Krivotsyuk Cənubi Koreya çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, millimizin üzvünün komandası "Qvandju" ilə qarşılaşıb.
Antonun 90 dəqiqə meydanda olduğu qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, xallarının sayını 42-ə çatdıran Krivotsyukun komandası 9-cu pillədə yerini qoruyub. "Tedjon" 37-ci turda "İnçeon"nun qonağı olacaq.