Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün son oyuna çıxacaq. Fernandu Santuşun yetirmələri Stokholmda İsveçlə üz-üzə gələcək.
Yığmanın sabiq futbolçusu Əfran İsmayılov Sport24.az-a açıqlamasında matçdan gözləntilərini bölüşüb:
Acınacaqlı durumdayıq. Milli komanda haqqında danışmaq çətindir. Heç kim bu hesabları gözləmirdi. İsveç səfəri çətin olacaq. Rəqib qrup liderliyini təmin edib. Bu səbəbdən arxayınlıq ola bilər. Biz isə mütləq rəqibin üstünə gedib qol vurmalıyıq və qalib gəlməliyik. Ən azı D Liqasına düşməməkdən ötrü bunları etməyə məcburuq. Nə olur olsun, milli komanda bizim ürəyimizdədir. Futbolçulara uğurlar arzulayıram".