Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi HİK Konfrans Liqasında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, Finlandiya təmsilçisi azarkeşləri önündə Sloveniyanın "Olimpiya" komandası ilə qarşılaşıb.
Matç rəqibin qələbəsiylə başa çatıb – 0:2.
Ozan bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 72-ci dəqiqədə əvəzlənib.
HİK 4 turdan sonra 3 xalla 26-cı sıradadır.