top
Millinin debütantı: “Qalib ordunun yaşıl meydanda əsgəri olmaq fəxrdir” İdman.biz
08 noyabr 2024, 14:16
- ↺ +

Millinin debütantı: “Qalib ordunun yaşıl meydanda əsgəri olmaq fəxrdir”

"Bu gün mənim üçün sürpriz oldu".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Mustafa Əhmədzadə deyib.

O, ilk dəfə Azərbaycan millisinə çağırılmasına münasibət bildirib. Baş məşqçi Fernandu Santuşun UEFA Millətlər Liqasında Estoniya və İsveçə qarşı matçlara dəvət etdiyi "24-lük"də yer alan Əhmədzadə bildirib ki, bu xəbər onun üçün ikiqat bayram olub: "Zəfər günümüz mubarək. Allah şəhidlərimizə rəhmət eləsin. Xalqımıza hər zaman gözəl günlər nəsib olsun. İndiyə qədər aşağı yaş qrupuna aid yığmaların heç birinə dəvət almamışdım. Millidə oynamaq, o formanı geyinmək, qalib ordunun yaşıl meydanda əsgəri olmaq fəxrdir. Bu dəvətdə klubumun da xidməti danılmazdır. Heç kimin tanımadığı bir futbolçunu komandaya götürdülər, bəzən əvəzetmədən, bəzən isə əsas heyətdə oynamaq şansı verdilər. Ümid edirəm ki, gələcəkdə klubumuzdan daha çox oyunçu dəvət alar. Ötən toplanışda Vadim orada idi, bu gün mən dəvət aldım. Milli qürur yerimizdir. Çalışacağıq ki, dəvəti, etimadı doğruldaq. Belə sans hər zaman ələ düşmür. Maksimum istifadə etməyə, millinin daimi üzvünə çevrilməyə çalışacam".

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da İsveç seçməsi ilə qarşılaşacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Oxşar xəbərlər