Azərbaycan yığmasının üzvü Mustafa Əhmədzadə viza ala bilmədiyi üçün milli komandadan kənarda qalıb.
İdman.biz Qafqazinfo.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi Millətlər Liqasının 6-cı turunda komandamızın İsveçə qarşı keçirəcəyi səfər oyununa yollana bilməyib.
Əhmədzadəyə viza verilmədiyi üçün o, milli ilə Stokholm səfərinə yollanmayıb.
İdman.biz