Futbol üzrə Albaniya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Bilis"i qəbul edib.
Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. "Eqnatiya" ilk matçda 3:1 hesablı qələbə qazandığı üçün yarımfinala yüksəlib.
Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. ), oyunun 24-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.