Türkiyə I Liqasında yeni mövsümə start verilib. Sport24.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" "doğma divarlar" arasında "Şanlıurfaspor"u qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov yeni klubunda debüt edib. O, 67-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, "Ankaragücü" II turda "Erzurum BB" ilə qarşılaşacaq.