Finlandiyada Liqa Kubokunun yarımfinal oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi "Helsinki" "KuPS"la qarşılaşıb.
Görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü ikinci hissədə meydana çıxıb və komandasının qalibiyyətində önəmli rol oynayıb.
Qeyd edək ki, bu qələbə sayəsində "Helsinki" finala vəsiqə qazanıb. Həlledici görüş martın 29-da "İnter Turku"ya qarşı olacaq.