Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Cənubi Koreyanın "Dajeon" klubu növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, komanda yerli çempionatın 30-cu turunda "Seul"un qonağı olub.
Matç Antonun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 26 yaşlı futbolçumuz ehtiyat ərizəsində belə yer almayıb.
Qeyd edək ki, "Dajeon" 30 oyundan sonra 34 xalla 9-cudur.
İdman.biz