Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" bu turda evdə "Hebar"la üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəlal meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Arda" 6 xalla 6-cı pillədədir.