"Ankaragücü"nün azərbaycanlı hücumçusu Renat Dadaşov məşqlərə qayıdıb. Sport2.az xəbər verir ki, keçən ay qasıq yırtığından əməliyyat olunan Dadaşov Antalyada keçirilən mini-məşq toplanışında komandanın son məşqində iştirak edib.
"Ankaragücü" sabah birinci liqanın 13-cü turunun "Gənclərbirliyi" ilə matçına çıxacaq.