top
Millimizin baş məşqçisi: “Pley-off mərhələsində zəif rəqib olmur” İdman.biz
17 iyul 2024, 14:14
- ↺ +

Millimizin baş məşqçisi: “Pley-off mərhələsində zəif rəqib olmur”

"İlk dəfə B Liqasında iştirak etməyimizə baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazanmağımız sevindirici hal oldu".

İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis yığmamızın Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaları ilə bağlı AFFA.az saytına fikirlərini bildirib: "Son il yarım ərzində komandada yer alan bütün futbolçuları təbrik edirəm. Bu, onların zəhmətinin nəticəsidir. Pley-off mərhələsində zəif rəqib olmur. Ən yüksək reytinqə malik 6 kollektivdən birinə rəqib olacağıq. Yəni güclü komandalardan biri ilə qarşılaşacağıq. Pley-off mərhələsində Azərbaycan bayrağının da yer almasına sevinirəm. Milli komandamız B Liqasına yüksəlməklə bir dəfə tarix yazmışdı. Pley-offda da uğurlu çıxış edərək, daha bir tarix yazmaq arzusundayıq".

Əsgərov qrup mərhələsinin son turunda Lozanna şəhərində yerləşən "Olimpik De La Pontez" stadionunda İsveçrə yığmasına 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı da dəyərləndirib: "Bakıda Macarıstana böyükhesablı məğlubiyyət istər-istəməz komandaya təsir etdi. Belə nəticədən sonra komandanı İsveçrə ilə səfər görüşünə kökləmək çətin idi. İsveçrə bu vaxta qədər həmişə A Liqasında mübarizə aparan komanda olub. Buna baxmayaraq, səfərə xal qazanmaq məqsədi ilə yollanmışdıq. Qızlar əllərindən gələni etdilər. Ancaq rəqibin yüksək keyfiyyətə malik olması bizi səhvlərə vadar etdi və belədə məğlubiyyət qaçılmaz oldu".

Qeyd edək ki, iyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Ukrayna, Şimali İrlandiya və Serbiya yığmalarıdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci turun mübahisəli epizodlarına aydınlıq gətirdi - VİDEO

Digər
Bu gün, 18:26

Kerem Aktürkoğlu körpüləri yandırdı: Geri qayıtmaq istəyir

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Oxşar xəbərlər