top
Millimizin baş məşqçisi bildirib ki, futbolçular beynəlxalq oyunlarda az təcrübəyə malik olduqları üçün çətinlik çəkirlər Idman.biz
21 aprel 2025, 11:51
- +

Millimizin baş məşqçisi bildirib ki, futbolçular beynəlxalq oyunlarda az təcrübəyə malik olduqları üçün çətinlik çəkirlər

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki çıxışı dəyərləndirib.

İdman.biz xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə ilk olaraq Estoniya yığmasına qarşı keçirilən son matçla (1:2) bağlı fikirlərini açıqlayıb.

Nəbiyev bildirib ki, matçda gözləntiləri qələbə olub: "Ancaq UEFA İnkişaf Turnirində heyətdəki 20 futbolçunun hamısına minimum 90 dəqiqə şans vermək məcburiyyətində idik. Bu səbəbdən ilk iki matçda az oyun dəqiqəsi əldə edən uşaqlara şans verdik. Ümumi götürdükdə üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, fərdi səhvlərdən iki qol buraxdıq. Əlimizə düşən saysız-hesabsız fürsətləri isə qolla tamamlaya bilmədik. Bu da oyunçuların fərdi keyfiyyətlərindəki və texniki bacarıqlarındakı çatışmazlıqdan qaynaqlanır. Problemləri aradan qaldırmaqdan ötrü zamana ehtiyac var. Ancaq milli komandada bunların üzərində çalışmaq üçün vaxtımız olmur. Millidə işimiz sırf taktiki gedişlər üzərində qurulur. Futbolçular klublarında bu problemi aradan qaldırmağa çalışmalıdırlar".

O, U-17-nin inkişafda olduğunu vurğulayıb: "Bu, bizim ikinci toplanışımız idi. Əvvəlki hazırlıqla budəfəki toplanış arasında böyük fərq hiss etdik. Uşaqlarda inkişaf var. İnanıram ki, bu futbolçularla daha yaxşı nəticələr əldə edə bilərik. Gürcüstanla oyun komandanın potensialının olduğunu göstərdi. Sadəcə olaraq, uşaqlar beynəlxalq oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək".

Qeyd edək ki, U-17 millimiz UEFA İnkişaf Turnirində Moldova (0:1), Gürcüstan (1:0) və Estoniyanın (1:2) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Dünən, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər