U-16 millimiz Ərzurum şəhərində təşkil olunan "U-16 Türkdilli Ölkələr Turniri"ndə bu gün ikinci oyununu keçirəcək. Sport24.az xəbər verir ki, millimiz Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Millimiz turnir çərçivəsində keçirdiyi ilk oyununda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olmuşdu.