19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununa çıxacaq.
B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, qrupun digər görüşündə Şimali İrlandiya ilə Monteneqro qarşılaşacaq.
AVRO-2025-in II seçmə mərhələsi
B Liqası, 4-cü qrup
II tur, 21 fevral
17:30. Albaniya - Azərbaycan
Baş hakim: Martina Molinaro (İtaliya)
Rrogozhine stadionu