Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu ölkə kubokunda növbəti görüşünü keçirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçiisi A qrupunun sonuncu turunda KTP ilə üz-üzə gəlib və rəqibini 4:0 hesabı ilə məğlub edib.
Meydana 72-ci dəqiqədə çıxan Kökçü 75-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.
Qeyd edək ki, HİK 12 xalla qrupda birinci yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazanıb.