Azərbaycan millisinin futbolçuları – Mahir Emreli, Toral Bayramov və Bəhlul Mustafazadə azarkeşlərlə görüşəcək. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüş Estoniya ilə Millətlər Liqasının oyunu ərəfəsində Qəbələ şəhərində keçiriləcək. Fufbolçular görüş zamanı azarkeşlərə avtoqraf verəcəklər.
Qeyd edək ki, görüş noyabrın 12-də, saat 16:30-da "Gabala Garden Hotel"də olacaq.