top
Milli Mətbuat - 150 Minifutbol Turnirinin Qalibi Kaspi Komandası Olub Report.az
20 iyul 2025, 16:17
- ↺ +

"Milli Mətbuat - 150" Minifutbol Turnirinin Qalibi "Kaspi" Komandası Olub

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turnirinə yekun vurulub.

"Report"un bölgəyə ezam olunan müxbiri xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu və "Teleqraf" İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət "Ziya" komandası ilə qarşılaşıb. Oyun "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan "Kaspi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları "Yurd.Media-nın baş redaktoru Murad Əliyev, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və "Avrora Qrup"un əməkdaşı Vasif Musayev verib.

Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.

Sonda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov qalib komandaya kuboku təqdim edib.

Turnirin ən yaxşı qapıçısı seçilən Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev yarışın hər kəs üçün xoş təsir bağışladığını bildirib: "Burada biz təkcə idman yox, jurnalistikanın bütün sahələrindən olan həmkarlarımızla birlikdə çox gözəl vaxt keçirdik. Maraqlı qarşılaşmalar, rəqabət və mübarizə oldu".

Yurd.Media-nın baş redaktoru Murad Əliyev isə bildirib ki, Milli Mətbuatın yaranmasının 150 illiyi ilə bağlı təşkil olunan bu turnirin ənənəvi olması üçün səy göstəriləcək: "Əsas məqsəd bölgə jurnalistləri ilə paytaxt media təmsilçiləri arasında əlaqələrin möhkəmlənməsidir".

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov da turnirin gərgin və maraqlı alındığını vurğulayıb: "Milli Mətbuatın yaranmasının 150 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Təsadufi deyil ki, məhz Şamaxı Olimpiya İdman Kompleksində də mətbuat işçiləri arasında minifutbol üzrə turnir keçirildi".

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və "Qəbələ" İdman Klubunun təşkilatı dəstəyi ilə keçirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Oxşar xəbərlər