top
Milli Məclisin deputatı Vüqar İsgəndərov: Azərbaycan millisinin İslandiyaya məğlubiyyəti biabırçılıqdır Idman.biz
06 sentyabr 2025, 23:15
- ↺ +

Milli Məclisin deputatı Vüqar İsgəndərov: "Azərbaycan millisinin İslandiyaya məğlubiyyəti biabırçılıqdır"

"Azərbaycan millisinin İslandiyaya 0:5 hesavblı məğlubiyyəti, konkret, biabırçılıqdır! Buna başqa bir ad vermək və ya haqq qazandırmaq ən azı doğru olmazdı".

İdman.biz bildirir ki, bunu Sportnet.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Parlamentin Gənclər və idman komitəsinin üzvü kimi də çalışan İsgəndərov AFFA-nın baş katibi Cahangir Fərəcullayevin fikirləri ilə tam razı olduğunu bildirib: "Komandanın baş məşqçisinin özü istefa verməlidir. O, millini heç cür formalaşdıra bilməyib. Yığma onun gəlişindən sonra əvvəllər sərgilədiyi oyunun ən zəifini nümayiş etdirir. Digər tərəfdən, kollektivdə yüksək əhval-ruhiyyənin olmaması, oyunçular, xətlər arasında əlaqələrin zəifliyi və futbolçularda bir növ ruh düşkünlüyünün görünməsi kimi məqamlar baş məşqçinin yerində olmadığını açıq-aydın göstərir".

Keçmiş idmançı bu məsələdə bütün məsuliyyəti baş məşqçi Fernandu Santuşun daşımalı olduğunu vurğulayıb:

"Təbii ki, bəzi şəxslər bunu AFFA ilə əlaqələndirməyə çalışırlar. Hələlik milli assosiasiya rəhbərliyi yenidir və onların işi yalnız milli ilə çalışmaqdan ibarət deyil, ümumilikdə ölkədə futbolun inkişafını təmin etmək, dəstəkləməkdir. Premyer Liqa, I və II Liqa, Region Liqası və uşaq liqalarında işlər görülür, konkret proqram mövcuddur. Bu mənada, hazırda əsas məsələ millinin qeyri-qənaətbəxş oyun nümayiş etdirməsidir. Komandanın oyununu izlədikdə hər birimizə tam hasil olur ki, baş məşqçi yerində deyil. Koordinasiya, motivasiya yoxdur, dəst-xətt aydın deyil, xətlərarası və oyunçular arasıdakı qarşılıqlı münasibətlər yerində deyil. Bunların hər biri oyun zamanı görünür və təbii ki, hamısı baş məşqçi ilə əlaqəli məsələlərdir".

İsgəndərovun sözlərinə görə, milli komanda "Qarabağ"dan alınan böyük güc, sevinc və stimulu öldürür: "Qrupun Fransa və Ukraynaya nəzərən zəif komandası ilə matçda belə oyun nümayiş etdiririksə və böyük hesabla, biabırçı formada uduzuruqsa, bu, təbii ki, hər birimizdə təəssüf hissi doğurur. Millidə təxirəsalınmaz işlər görülməli, məşqçilər korpusuna yenidən baxılmalı, Azərbaycanda yaşayan, çempionat oyunlarını daim izləyən baş məşqçi təyin olunmalı və o, özü üçün tutduğu proqram əsasında komandaya yanaşmalıdır. Hazırda bunların heç birinin görünməməsi təəssüf doğurur. Düşünürük ki, AFFA rəhbərliyi bu məsələlərlə bağlı təcili və təxirəsalınmaz ölçülər götürəcək, tədbirlər həyata keçirəcək".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Oxşar xəbərlər