top
Milli komandanın qapıçısı: Məqsədim ən güclü klublardan birində forma geyinməkdir. Sport24.az
30 may 2025, 11:10
- ↺ +

"Milli komandanın qapıçısı: "Məqsədim ən güclü klublardan birində forma geyinməkdir"."

Qadınlardan ibarət Azərbaycan millisinin qapıçısı Nərgiz Əliyeva AFFA-nın mətbuat xidmətinə danışıb. Sport24.az Türkiyənin "Fatih Vətən" klubunda legioner həyatı yaşayan "çərçivə qoruyucusu"nun müsahibəsini təqdim edir.  

 

- Millətlər Liqasının qrup mərhələsində son oyununuzu Litvaya qarşı keçirəcəksiniz. Bu matçdan nə gözləmək olar?

- Litva ilə matçda yalnız qələbə qazanmaq barədə düşünürük. Komanda olaraq sadəcə buna köklənmişik. Tək düşüncəmiz 3 xal qazanmaqdır.

- Həlledici görüş olduğundan, maraq böyükdür. Bu amil komandaya əlavə motivasiya verir, yoxsa, psixoloji cəhətdən mənfi təsir göstərir?

- Bəli, qrupda sonuncu oyunumuzu keçirəcəyik. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu matça da yüksək motivasiya ilə hazırlaşırıq. Fikrimcə, psixoloji cəhətdən heç bir mənfi təsiri yoxdur.

- Son oyunlar öncəsi Monteneqro cüzi üstünlüyə malikdir. Qrupda əvvəlki matçlara nəzər yetirdikdə, hansı nəticə sizi daha çox məyus etdi?

- Bizi məyus edən nəticə Monteneqro ilə səfər matçı oldu. Qələbəyə çox yaxın idik, lakin son dəqiqələrdə qol buraxdıq. Bu da 2 xal itirməyimizə səbəb oldu.

- Həmin görüşdə qələbəni son anda əldən versəniz də, ardıcıl qurtarışlarla hər kəsin rəğbətini qazandınız. Bu özünəinam haradan qaynaqlanırdı?

- Düşünürəm ki, işimi sevərək gördüyüm və çox istəkli olduğum üçün özünəinamlı idim. Bütün oyunlarda bu cür çıxış edərək, komandama xeyir vermək istəyirəm.

- Litva ilə matçda çox qol vurmaqla yanaşı, qol buraxmamaq da önəmli olacaq. Özünüzü buna hazır sayırsınız?

- Əlbəttə ki, qol buraxmamaq vacibdir. Amma bu, futboldur, bəzən qol vurursan, bəzən buraxırsan. O ki qaldı mənə, özümü tam hazır hiss edirəm.

- Adətən futbola yeni gələn uşaqlar qol vurmaq arzusunda olurlar. Siz necə oldu ki, qapıçı mövqeyini seçdiniz?

- Qaçmaq mənə çətin gəldiyi üçün qapıçı olmağı seçdim (gülür). Amma indi qapıda dayanmağın daha çətin olduğunu deyə bilərəm. Çünki qolkiper böyük məsuliyyət daşıyır.

- Yəqin ki, dünya futbolunu izləyirsiniz. Uşaqlıq kumiriniz kimdir?

- Bəli, izləyirəm. Bir çoxları kimi, mənim də kumirim var. Bu, "Barselona" klubunun almaniyalı qapıçısı MarkAndre ter Ştegendir.

- Hazırda Türkiyədə legioner həyatı yaşayırsınız. Klub karyeranızla bağlı ən böyük hədəfiniz nədir?

- Konkret ad çəkməkdə çətinlik çəkirəm. Amma hədəfim ən yaxşı klublardan birində oynamaqdır.

- Bəs milli ilə bağlı ən böyük arzunuz nədir?

- Hər bir azərbaycanlı kimi, mənim də arzum milli formanı layiqincə geyinmək, uzun illər bu komandanın şərəfini qorumaq və yaxşı iz buraxmaqdır.

 

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Bu gün, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Bu gün, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Bu gün, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Bu gün, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Bu gün, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Bu gün, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Bu gün, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Bu gün, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Bu gün, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Bu gün, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Bu gün, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Bu gün, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Bu gün, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Bu gün, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Bu gün, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Futbol
Bu gün, 20:34

Cüt futbol: "Union Berlin" və "Köln" Bundesliqada 1:1 hesabla heç-heçəyə imza atdılar

Güləş
Bu gün, 20:29

Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi

Futbol
Bu gün, 20:22

"Strasbur" "Oser"i 5:1 hesabı ilə darmadağın etdi

Futbol
Bu gün, 20:14

Azər Məmmədov: Kəpəz futbolçularına sərbəstlik və inam verərək qələbəni qazandı

Futbol
Bu gün, 20:11

Perkons: Gəncə stadonda oynamaq həqiqətən çətindir

Futbol
Bu gün, 20:01

İmişli baş məşqçisi Ervins Perqons Namiq Ələsgərovun qolunu təriflədi

Futbol
Bu gün, 19:57

Abdullah Kavukcu və Metin ÖzTürk Qalatasaray idarə heyətindən istefa etdilər

Oxşar xəbərlər