top
Milli Komandamızın Faciəvi Məğlubiyyəti: Səbəblər və Nəticələr Sport24.az
06 sentyabr 2025, 10:00
- ↺ +

Milli Komandamızın Faciəvi Məğlubiyyəti: Səbəblər və Nəticələr

RƏŞAD QASIMOV

 

Nə yazasan, nə deyəsən, türklər demiş, kimi suçlayasan? Neçə illərdir belə davam edir və ən pisi də odur ki, düzələcəyinə də ümid yoxdur. Artıq bəhanələr də bitib. Dünən Reykyavikdə, Barseluşda yaşanan faciə... Vallah söz tapa bilmirəm ki, nə düşündüyümü sizlərə çatdıra bilim. Fikirləşdiyimi bura yazası olsam...

 

Dünəndən bu yana hamı, hətta AFFA-nın baş katibi Cahangir Fərəcullayev də Fernandu Santuşu linç edir, İslaniyada yaşananlara görə, portuqaliyalını günahlandırır. Bəli, mən razı, istənilən halda nəticəyə görə baş məşqçi məsuliyyət daşıyır. Ola bilsin, Fərəcullayevin təbirincə desək, o, komandanı İslandiya ilə oyuna hazırlaya bilməyib. Bəs futbolçular, millinin heyətində meydana çıxanlar, üzərində gerbimiz olan formanı geyinənlər? Onlarda günah yoxdu?

 

Taktikanı, sistemi qoyaq kənara, bəs komanda ruhuna, əzmkarlığa nə deyək? Reykyavikdə meydana sanki, Azərbaycan yığması adına (bağışlayın ifadəmə görə) meyitlər çıxmışdı. Komandanın "dirijoru" olmalı olan Emin Mahmudov "Neftçi"də olduğu kimi sürünürdü. Müdafiədə Bəhlul-Elvin tandemi başsız atlıya bənzəyirdilər, cinahlar oyundan qopmuşdu, hücumdan isə danışmağa dəyməz... Qapısında 5 qol görən Şahruddin Məhəmmədəliyev olmasaydı, hesab daha böyük olacağına şübhə etmirik.

 

Tutaq ki, yenə Fərəcullayevə istinadən deyək, Santuşu yola saldıq, nə dəyişəcək? Meydana çıxan Mahirdi, Bəhluldu, Emindi. Yeni gələn mütəxəssis milli forması geyinənlərə sıfırdan futbol oynamağı öyrədəcək? Yox, qardaş, mümkün deyil. Elvinin, Abbasın, Səbuhinin səviyyəsi budu, bu yaşdan sonra isə "baqajını" artırmayacaq. Dünəndən bu yana hərə bir fikir səsləndirir, məğlubiyyətin, faciəvi məğlubiyyətin məsuliyyətini kimin və ya kimlərinsə boynuna qoymağa çalışır. Hətta bəziləri Santuşu yola salmaq üçün futbolçuların bilərəkdən bərbad oynadığını söyləyir. Bu mümkün deyil. Millidə belə hal yaşana bilməz! Əgər doğrundan da belə olubsa, bunun bir adı var: şərəfsizlik! Bir məşqçini yola salmaq üçün ölkənin adını biabır etmək ən böyük alçaqlıqdır! (ürəyimdən daha ağır söz yazmaq keçsə də, etikanı nəzərə aldım). Bunun da ömrü 40 gündən çox çəkməz.

 

Çıxış yolu? Yoxdu. Taleyimizlə barışıb, özümüzü psixoloji olaraq növbəti faciələrə, daha bir "Oser faciəsi"nə hazırlamalıyıq. Legioner limitinin ləğvi? Boş söhbətdi. Dünən adını nə tələffüz, nə də yaza bildiyim stadionda meydana çıxanların hamısı demək olar ki, öz komandalarında əsas heyətdə oynayanlar idi...

 

P.S. Bizdə cənazəni evdən çıxaranda 3 dəfə qaldırıb yerə qoyurlar. Əldə etdiyimiz eksklüziv məlumata görə, İslandiyada ənənəyə görə bunu 5 dəfə edirlər. Bu üzdən dünən Reykyavikdə bizim yığmanı 5 dəfə qaldırıb yerə qoydular.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Oxşar xəbərlər