top
Millətlər Liqası: Azərbaycan başla fərqlənənlər sırasında İdman.biz
16 oktyabr 2024, 18:25
- ↺ +

Millətlər Liqası: Azərbaycan başla fərqlənənlər sırasında

UEFA Millətlər Liqasının ötən 4 turunda müxtəlif komandalar fərqli statistik göstəricilərdə fərqləniblər.

İdman.biz cari mövsümün bütün oyunlarının ümumi statistikasını nəzərdən keçirib.

4 oyuna ən çox – 11 qol İsveç, Rumıniya, İtaliya və Avstriya vurub. Andorra (2 oyuna) və Qazaxıstan isə hələ rəqib qapısına yol tapmayıb. Sol ayaqla İsveç futbolçuları 9, sol ayaqla İtaliya, Fransa, Yunanıstan, Şimali Makedoniya, Polşa və Portuqaliya təmsilçiləri 4, başla avstriyalılar və islandiyalılar 4 qol vurublar. Başla qol vuranların siyahısında Azərbaycan 2 qolla 3-6-cı yerləri bölüşünlər sırasındadır.

İsveç, Rumıniya və İtaliyanın 11 qolunun hamısı cərimə meydançası daxilindən vurulub. Cərmə meydançası xaricindən isə ən çox Türkiyə fərqlənib – 3 dəfə.

Rumıniya qollarının 4-nü penaltidən vurub.

4 oyuna İsveç futbolçuları rəqib qapılarına 102 zərbə endiriblər. Andorrada (2 oyuna) bu rəqəm cəmi 14-dür. 4 oyun keçirənlər arasında ən az zərbə İsraildədir - 21. İsveçlilərin 38 zərbəsi qapı çərçivəsinə olub. Andorra və San Marino futbolçuları (hər ikisi 2 oyuna) cəmi 4 dəfə bunu bacarıblar. Qeyri-dəqiq zərbələrdə İspaniya "lider"dir – 36. İsveçlilərin 33 zərbəsi bloka alınıb.

Ötürmələrdə portuqaliyalılar daha dəqiq olublar. Onların 91,5 faiz ötürməsi ünvana çatıb. Andorrada bu göstərici cəmi 66 faizdir. Ən çox ötürmə (2928) və dəqiq ötürmə (2644) İngiltərədədir.

Topa sahibolmanın da lideri futbolun yaradıcılarıdır – 68,8%. Estoniya isə topla daha az olub – 38,8%.

Uels futbolçuları 79 cərimə zərbəsi vurublar. Azərbaycan 65 zərbə ilə 7-cidir. Finlər isə 4 oyunda cəmi 32 cərimə zərbəsi vurublar.

Portuqaliya yığması 199 hücum həyata keçirib. 161 hücumla Azərbaycan ilk onluğa daxil ola bilməsə də, xal qazanmayan komanda üçün 54 yığma arasında 11-ci yer diqqəti çəkən məqamdır.

Künc zərbələrini İsveç 37, Estoniya 4 dəfə yerinə yetirib.

Offsayda Kipr, Farer adaları və Türkiyə 11, Norveç cəmi 1 dəfə düşüb.

Ən çox seyv edən Estoniya millisinin qapıçısıdır – 23 dəfə. Azərbaycan 14 seyvlə siyahıda 13-cüdür. Millimiz yalnız İsraildən az qol buraxıb. İsraillilərdə 13 qol 2 qapıçının payına düşür. Millimizdə isə 11 qolun hamısı cari mövsüm Millətlər Liqasının ən çox qol buraxan qapıçısı Mehdi Cənnətovun payındadır. 7 komanda 1 qol buraxıb ki, onlardan İspaniya, Şimali İrlandiya, Şimali Makedoniya və Belarus 4 oyunda minimal sayda top buraxılar. 10 futbolçu öz qapısına qol vurub ki, onların sırasında Rahil Məmmədov da var.

Lüksemburq futbolçuları ən çox – 72 dəfə fol ediblər. Norveçdə bu rəqəm cəmi 27-dir. Azərbaycan ən az fol edənlərin sırasında 37 folla 8-9-cu yerləri bölüşür. Uelsin (68) 1-ci olduğu follardan əziyyət çəkənlər siyahısında isə Azərbaycan (59) 6-cıdır. Ən az finləri (27) qayda pozuntusu ilə narahat ediblər.

Lüksemburq, Bolqarıstan və Bosniya və Herseqovina futbolçuları 16 dəfə hakimlərdən sarı vərəqə görüblər. Finlərə isə bu cür vərəqə cəmi 3 dəfə göstərilib. 15 komandanın futbolçusu meydandan qovulub ki, İsveçrə və Cəbəllütariqdə belələri 2 nəfərdir.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Oxşar xəbərlər