top
Millət vəkili Vüqar İskəndərov: Qarabağ futbol qələbələri Azərbaycanın gücünü nümayiş etdirir Idman.biz
17 sentyabr 2025, 18:58
- ↺ +

Millət vəkili Vüqar İskəndərov: "Qarabağ" futbol qələbələri Azərbaycanın gücünü nümayiş etdirir

"Sözün əsl mənasında dövrümüzün, zəmanəmizin ən gözəl vaxtını yaşayırıq. Çünki həm siyasi platformadakı qələbələrimiz, torpaqlarımızı işğaldan azad etməyimiz, oranı qurub-yaratmağımız, beynəlxalq arenada gücümüzün və nüfuzumuzun artması, həm də təbii olaraq "Qarabağ" futbol klubunun bu mənada həmin qələbələrin idman siyasətimizdə davamını gətirməsi hər birimizi bir azərbaycanlı kimi qürurlandırır".

İdman.biz bildirir ki, bu sözləri millət vəkili Vüqar İskəndərov Sportnet.az-a deyib.

"Qarabağ yalnız futbol klubumuzun adı deyil, o həm də 30 ilə yaxın yaralı yerimiz olan Qarabağın simvolik olaraq adını daşıyır. "Qarabağ" son qələbəmizdən – 2020-ci ildən, daha sonra isə 2023-cü ildə aparılan antiterror tədbirlərindən sonrakı uğurlarımızın davamını özündə simvolizə edir", - o, bildirib.

Millət vəklinin sözlərinə görə, bu qələbələr yalnız futbol arenasındakı oyun performansı ilə ölçülmür: "Qarabağ"ın "Benfika" üzərindəki qələbəsi bütün Türk dünyasını qürurlandırdı. Bu gün Qazaxıstandan, Özbəkistandan, Türkiyədən, Türkmənistandan, Qırğızıstandan dostlarımızın təbriklərini alırıq. O qədər təbrik gəlir ki, artıq sayını itirmişəm. Xüsusən, Türkiyədən olan dostlarımız "Benfika" kimi öz klublarını - "Fənərbaxça"nı məğlub etmiş bir komandanın digər türk klubuna uduzmasının qürurunu yaşayırlar.

Qarabağ necə ki siyasi aləmdə bütün Türk dünyasını dirçəldib, qürurunu özünə qaytarıb, torpaqlarımızı işğaldan azad etməklə millətimizin şərəfini yüksəldib, eyni missiyanı futbol sahəsində də davam etdirir. Bu qələbə həm də ona görə dəyərlidir ki, hardasa 25 milyon avroya yaxın büdcə ilə oynayan "Qarabağ" ondan qat-qat böyük büdcəyə sahib klubları öz meydanında məğlub edir.

Hazırda futbol aləmi Azərbaycandan, Qarabağdan danışır. Bu isə bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir. Biz bu gün bütün sahələrdə inkişaf edirik, inkişaf edən dövlətlər siyahısındayıq. Azərbaycan artıq dünyada söz sahiblərindən birinə çevrilməkdədir. Eləcə də futbol klubumuz dünya və Avropa klubları içərisində xüsusi reytinqə malikdir. Artıq "Qarabağ"dan çəkinməyən klub yoxdur, çünki bu komandanın oyun performansı unikal dəyərə sahibdir".

Milli Məclisin deputatı əmindir ki, az büdcə ilə belə bir klubun ərsəyə gəlməsi, Qurban Qurbanovun rəhbərliyi altında motivasiyasının ən yüksək səviyyədə olması, oyunçular arasındakı əlaqənin güclü qurulması və klubun vahid komanda halında formalaşması ölkəmizin də bir yumruq kimi birləşməsini özündə simvolizə edir.

Ötən gün "Qarabağ" ümumi mərhələnin ilk oyununda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər