"Fənərbaxça"nın iki yeni futbolçunun transferini bitirib. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi PSJ-nin futbolçuları Milan Skriniar və Marko Asensionun keçidini həll edib.
"Sarı kanaryaların" yeni ulduzlarının İstanbula gələcəyi tarix də artıq dəqiqləşib.
Komandanın baş məşqçisi Joze Mourinyonun israrla heyətə görmək istədiyi iki ulduz futbolçunun iyulun 30-da "Ülkər" stadionunda keçiriləcək "Latsio" ilə yoxlama görüşündə tribunada olacağı bildirilir.