"Milan" "Bayer"in 32 yaşlı yarımmüdafiəçisi Qranit Caka ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq X social şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, isveçrəli futbolçu "Milan"a keçmək üçün Leverkuzen klubunu tərk edə bilər.
Qeyd edək ki, Caka 2023-cü ilin yayında "Arsenal"dan "Bayer"ə transfer olunub. O, ötən mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.